16 aprel 2010 19:17
Qələbəyə rəğmən futbolçuları tənqid etdi
Azərbaycan U-16 yığmasının baş məşqçisi Təbriz Həsənov Gürcüstan üzərində qələbədən razı qalsa, bəzi futbolçuların oyunu onu qane etməyib.
“İki fərqli hissənin şahidi olduq. Uşaqlar birinci hissədə qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədilər. Bəzi futbolçular göstərilən ümidləri doğrultmadılar. İkinci hissədə etdiyimiz dəyişikliklərin bəhrəsini gördük. Sona qədər mübarizə apardıq və oyundan qalib ayrıldıq” – azerisport.az xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlamasında Həsənov belə deyib.
