16 aprel 2010 19:20
"Azərbaycan millisi olduqca güclü kollektivdir"
Gürcüstan U-16 yığmasının baş məşqçisi Vasil Maysuradze Təbriz Həsənovdan fərqli olaraq, Azərbaycan komandasını bəyənib. Azerisport.az xəbər verir ki, mütəxəssis futbolumuzda inkişafın olduğunu dilə gətirib: “Olduqca baxımlı futbolun şahidi olduq. Komandamın oyunundan razı qaldım. Azərbaycan millisi olduqca güclü kollektivdir. Ümid edirəm ki, yaxın gələcəkdə ölkənizdə futbolun inkşafında görülən işlərin bəhrəsini görəcəksiniz”. (AFFA)
