16 aprel 2010 19:30
Köhnə loqo nə zaman yığışacaq? (FOTO)
Bu gün Azərbaycan və Gürcüstanın U-16 yığmaları arasında yoldaşlıq görüşü keçirilib. Azerisport.az xəbər verir ki, yığmamız oyuna üzərində AFFA-nın köhnə loqosu olan formada çıxıb. Görünür, hələ milli komandalar üçün yeni loqo əks olunmuş geyimlər paylanmayıb. Bir neçə gün əvvəl açıq məşq keçən əsas yığmanın futbolçularının əynindəki idman geyimlərində də köhnə loqo əks olunmuşdu.
