16 aprel 2010 00:33
Maradonanın sırğasında kim 25 min avro verib?
Argentina yığmasının baş məşqçisi Dieqo Maradonanın bu ilin yanvarında İtaliya hərrac evlərindən birində 25 min dollara satılan sırğasının sahibi məlum olub. Azerisport.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu... Palermo klubunun kapitanı, italiyalı hücumçu Fabritsio Mikkolidir.
“Maradona bilir ki, sırğa məndədir. Yaxın vaxtlarda onunla görüşəcəyik. Yəqin ki, qaytararam. Yeri gəlmişkən, ona böyük rəğbətim var, oğlumun adını da Dieqo qoymuşam” – deyə Mikkoli bildirib.
Qeyd edək ki, sırğanın satışından gələn gəlir Maradonın hələ İtaliyada oynadığı vaxtlardan borclu qaldığı İtaliya vergi orqanlarına gedib. Ümumilikdə, əfsanəvi Dieqonun vergiyə 37000 min avro borcu var idi.
