17 aprel 2010 12:53
Arazın proqramı bəlli oldu
Araz futzal üzrə UEFA Çempionlar Liqasının “Dördlər finalı”na hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, təmsilçimiz aprelin 17-də keçiriləcək Neftçi ilə oyundan bir neçə gün sonra Lissabona yollanacaq və burada iki məşq keçəcək. İspaniya İntervyusu ilə qarşılaşma ərəfəsində son çalışmalar aprelin 22-də baş tutacaq. Həmin məşqdən əvvəl baş məşqçi Joze Alessio da Silva jurnalistlər önünə çıxacaq.
