17 aprel 2010 13:00
Araz Abdullayev Vaqif Cavadovun yanına gedə bilər
Azərbaycan yığmasının və Neftçinin gənc futbolçusu Araz Abdullayevi transfer etmək istəyən klubların sayı bir vahid də artıb. Azerisport.az xəbər verir ki, Rubin və ya Evertona keçidi gündəmdə olan Arazla artıq Tvente də maraqlanır. Vaqif Cavadovun komandası futbolçumuzun oyununu bugünlərdə Türkiyədə keçirilən U-19 yığmaları arasında AÇ-nin seçmə mərhələsinin yekun raundunun qarşılaşmaları zamanı izləyib. Yaxın günlərdə Tventenin Neftçi ilə danışıqlara başlaması gündəmdədir.
