17 aprel 2010 01:00
Üçüncü dövrə yaxud, Yeddi klub üçün həqiqət anı
“Unibank” Premyer Liqasında üçüncü dövrə - Final mərhələsinin ikinci dövrəsi start götürür. Azerisport.az-dan tura baxış.
“Altılıq” sisteminin yalnız bir müsbət cəhəti var. Bu da hər turda 3 mərkəzi görüşü izləmək imkanı qazanmağımızdır. Məsələn, Qəbələ - XL. Qarabağ – Bakı, Neftçi – İnter. Bu oyunlardan hansına “adi” statutusu vermək olar? Hər birinin öz lokal vəzifəsi var və hər bir komanda qlobal vəzifələrini yerinə yetirmək üçün turu yaxşı nəticə ilə başa vurmalıdır.
XL-in qlobal vəzifəsi çempionluqdur. Amma məqsədləri UEFA Avropa Liqasına vəsiqə qazanmaqla məhdudlaşan Qəbələ üçün də bu görüşün önəmi az deyil. Hər şeydən əvvəl turnir vəziyyətini bir qədər də yaxşılaşdırmaq üçün. İkincisi, son turlar əldə edilmiş məğlubiyyətsiz seriyanı davam etdirmək üçün. Üçüncüsü, birinci dövrədəki acı – 1:4 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün. Ramiz Məmmədov Ağasəlim Mircavadov nə təklif edəcək, bunu onun özündən başqa heç kim bilmir. Lakin yenə də görüşü tribunalardan izləməli olacaq təcrübəli mütəxəssisin komandasının Qəbələyə heç də asan gəzinti gözləmir. Ən sadəsi ona görə ki, bu mövsüm Qəbələdən heç bir komanda asan qələbə ilə dönə bilməyib.
Qarabağ və Georgi Adamiya iddialıdır. Onların hər ikisinin nəyisə sübut etməyə ehtiyacı var. Lakin rəqibin düşərgəsində də sübut ehtiyaclarının hələ tam ödəyə bilməyən şəxsi tapmaq olar. Sirr deyil ki, Bakının gənc çalışdırıcısı Cüneyt Biçər üçün Premyer Liqanın qalan 5 turu əsl futbol imtahanıdır. Biçər Azərbaycandakı baş məşqçilik karyerasını uzatmaq istəyirsə, Bakını çempion etməlidir. Çətin ki, klub rəhbərliyi, tutaq ki, yalnız üçüncü yeri tutmağı bacaran mütəxəssisi postunda saxlasın. Georgi Adamiya isə Neftçidən sonra Bakıya da qol vurub onunla vidalaşanların səhvə yol verdiklərini isbatlamağa çalışacaq. Görəsən, bu dəfə də Quzanlıda məyus olmuş keçmiş komandanı görə biləcəyikmi?
Nəhayət, Balı derbisi. Son illərin onların sayı artıb. Amma İnterlə Neftçinin münasibətləri bir qədər gərgindir. Hər şeydən əvvəl ona görə ki, bankirlər hələ də bu mövsüm ölkənin ən titullu klubuna məğlub olmayıblar. Üstəlik, İnter ölkə kubokunda Neftçini səfərdə böyükhesablı məğlubiyyətə uğradıblar. Bütün bunlar bir yana, oyunun prinsipiallığı ondadır ki, “ağ-qaralar” növbəti yenilgidən sonra avrokuboklardan kənarda qala bilər. Neftçi azarkeşləri bəlkə də buna öyrəşib, amma çətin ki, klub rəhbərliyini bu cür perspektivlər sevindirsin.
İkinci “altılığ”ın oyunları azarkeşlər arasında elə də populyar olmasa da, burada da intriqa var. Simurq bu tur Karvanı rəsmən birinci diviziona göndərə bilər. Amma bir şərtlə; gərək, Muğan da öz oyununu qələbə ilə başa vursun.
“Unibank” Premyer Liqası, 28-ci tur
17 aprel
16.00. Qəbələ - XL
16.00. Qarabağ – Bakı
16.00. Karvan – Simurq
18 aprel
16.00. İnter – Neftçi
16.00. Standard – OŞ
16.00. Muğan - Turan
