17 aprel 2010 13:52
Derby d’Italia: İnter Yuventusa şans vermədi
Bu gecə İtaliya A seriyasının 34-cü turuna start verilib. Azerisport.az xəbər verir ki, qarşıdakı çərşənbə axşamı günü UEFA Çempionlar Liqasının yarımfinalında Barselona ilə qarşılaşmalı olan İnterin xahişi Yuventusla görüş cümə gününə keçirilib. Beləliklə, “Derby d’Italia” bir qədər qeyri-adi gündə baş tutub.
Bununla belə, təqdim dəyişikliyi 85 min azarkeşin izlədiyi matçın keyfiyyətinə təsir göstərmədi. Yuventus bu gün əvvəlki formasında çox-çox uzaq olsa da, İnterə əla müqavimət göstərməyi bacardı. Ümumiyyətlə, “Qoca Sinyora” matça hücumlarla başlasa da, 35-ci dəqiqədə Momo Sissokonun qırmızı vərəqə görməsindən sonra planları pozuldu. Alberto Dzakkeroni mərkəzi gücləndirmək üçün del Pieronu Kristian Poulsenlə əvəzlədi və bundan sonra 10 nəfərlə, bir hücumçu ilə qalan Yuventus yalnız müdafiə olunmaq məcburiyyətində qaldı. Dəqiqələr keçdikcə daha da təhlükəli və kəsərli olan İnterin hücumları isə 75-ci dəqiqədə məntiqi nəticəsini tapdı: müdafiəçi Maykon gözəl qol imza atdı. 90-cu dəqiqədə Samuel EtoOnun Yuve qapısından keçirdiyi ikinci top isə qalibi rəsmiləşdirdi. “Derby d’Italia”-nı İnter qazandı və müvəqqəti də olsa, turnir cədvəlində birinci yerə qalxdı. Turun digər qarşılaşmaları bu gün və sabah keçiriləcək.
İnter – Yuventus 2:0(Maykon, 75; EtoO, 90)
17 aprel
Kyevo - Livorno
18 aprel
Atalanta – Fiorentina
Bari – Napoli
Kalyari – Palermo
Katanya – Syena
Parma – Cenoa
Sampdoriya – Milan
Udineze – Bolonya
Latsio – Roma
