17 aprel 2010 14:21
Standardın keçmiş futbolçusu Emin Ağayevə qarşı
Ötən mövsüm Standardda çıxış edən Alan Kusovla Rusiya ikinci divizionunda mübarizə aparan Moskva Torpedosu ilə müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, “Qərb” zonasında mübarizə aparan Torpedonun rəqiblərindən biri Emin Ağayevin çıxış etdiyi Tver Volqasıdır. Zonada ilk turun oyunları bu gün və sabah keçiriləcək.
Onu da qeyd edək ki, Kusov son vaxtlara kimi Mahir Şükürovun çıxış etdiyi Anjidə forma geyirdi.
