17 aprel 2010 14:42
XL azarkeşləri Ultras yaradır
Xəzər Lənkəran azarkeşləri yeni fan-klub yaradır. Azerisport.az xəbər verir ki, Azərbaycanda ilk dəfə bank hesabında 100.000 manatdan çox pulu olan fan-klub olacaq. Bu barədə Milli.az-a "12-ci oyunçu" azarkeş klubundan məlumat verilib.
Məlumata görə, bir qrup XL azarkeşi Azərbaycanda ilk müasir fəaliyyət proqramına malik "ULTRA-Xəzər" müstəqil fan-klubunu yaradır. Bu, Azərbaycanda ilk dəfə bank hesabında 100.000 manatdan çox pulu olan fan-klub olacaq. Fan-klubun ofisi, avtobusları və minik avtomobilləri, internet saytı, himni, gerbi, möhürü və digər cəhətləri onu indiyə qədər ölkədə mövcud olan fan-klublardan fərqləndirəcək. "ULTRA-Xəzər" Xəzər Lənkəranın ev oynlarında eyni zamanda 4 tərəfdən olmaqla, əks tribunalardan komandaya dəstək verəcək. "Ultra" fanatlar "Fırtınalar meydanı"nda ilk dəfə olaraq eyni zamanda 50 ədəd barabandan yararlanacaqlar. "Ultra Xəzər"lilər həm də radikallıqları ilə fərqlənəcəklər. "Komanadanın məğlubiyyətini qətiyyən qəbul etməyən "Ultra"lar həm də meydana yad əşyalar atmaqla da rəqib futbolçulara təzyiq vasitəsindən yararlanacaqlarını istisna etmirlər. Onlar "Xəzər Lənkəran" klubunun cərimələnərək zərər çəkməməsi üçün cərimələri də öz hesablarına ödəmək iqtidarında olduqlarını bildirirlər. Həmçinin kluba və məşqçi heyətinə qarşı tələbkar olacaqlarını da indidən bəyan edirlər", - deyə məlumatda qeyd olunur.
