17 aprel 2010 22:35
Qurban Qurbanov Berti Foqtsu və yığmanı günahlandırdı
Qarabağın baş məşqçisi Qurban Qurbanov Bakıya böyükhesablı məğlubiyyətdə Berti Foqtsu günahlandırıb. Azerisport.az xəbər verir ki, mütəxəssis yığmanın toplanışı üzündən matça yaxşı hazırlaşa bilmədiklərini vurğulayıb: “Həftənin ortasında Azərbaycan yığması toplanış keçirdi. Bir neçə futbolçumuz orada çıxış etdi. Buna görə də Bakı ilə oyuna yaxşı hazırlaşa bilmədik. Erkən qol buraxdıq, bundan sonra açılmalı idik. İkinci qolu da gözləmirdik. Başa düşürdük ki, risk etmək lazımdır. Buna görə də matç bu hesabla başa çatdı”.
