17 aprel 2010 22:42
XL artıq İnteri düşünür
XL-in baş məşqçisi Qəbələ üzərində qələbədən sonra deyib ki, komandanın bütün fikirləri qarşıdan gələn İnterlə oyuna yönəlib.
“Bakıya məğlubiyyətdən sonra oyuna köklənmək çətin idi. Qəbələ yaxşı oynadı. Öz səviyyəsində oynadı. Hər şeyə qadir komandadır. 3 xal götürdüyümüz üçün çox şadıq. Artıq İnterlə oyun barədə fikirləşirik. Onları məğlub etməliyik” - azerisport.az xəbər verir ki, Mustafayev belə deyib.
