17 aprel 2010 00:40

Lippert: Nəticədən razıyıq

Azərbaycan U-19 yığmasının baş məşqçisi Benhard Lippert Norveçlə AÇ-nin seçmə mərhələsinin oyunundan sonra AFFA-nın rəsmi saytına açıqlama verib.

“Türkiyə yığması ilə oyunla müqayisədə bu qarşılaşmaya daha yaxşı başladıq. Təəssüf ki, rəqibi az təzyiq altında saxladıq. Bu, heç də təəccüblü deyil. Çünki hələ İspaniya yığması ilə oyunda Norveç komandasının çox güclü müdafiə xəttinə malik olduğunu görmüşdük. Digər tərəfdən, futbolçularımızın arasındakı anlaşılmazlıq qapımıza qol vurulması ilə nəticələndi. Əslində, rəqib qapımız qarşısında real qol şansı yarada bilməmişdi. Nəticəyə görə birinci hissədən sonra çox narazı idik. Futbolçularımı təbrik edirəm ki, oyunda dönüş yaratmağı bacardılar, hətta hesabda önə də keçə bilərdik. Rəqib komandalardakı futbolçuların orta yaş həddini və buna müvafiq fiziki hazırlığını nəzərə alsaq, ümumi nəticədən razı qala bilərik”  - azerisport.az xəbər verir ki, Lippert belə deyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.