18 aprel 2010 14:42
Vəli Qasımov Araz Abdullayevin şanslarını dəyərləndirdi
Betis və Albasete klublarının keçmiş üzvü Vəli Qasımov azerisport.az-ın müxbiri ilə söhbətdə Evertonun yaxından maraqlandığı Araz Abdullayevin şanslarını dəyərləndirib.
“Düzü, Neftçi ilə Evertonun arasında danışıqların hansı məcrada getdiyini bilmirəm. Amma məncə, Araz Abdullayev İngiltərəyə yollansa, əvvəlcə əvəzedici komandada çıxış edəcək. Çünki Britaniyada heç kəs Azərbaycan futbolunun səviyyəsindən xəbərdar deyil” – deyə Qasımov bildirib.
