18 aprel 2010 16:57
Səmədov Diniyevdən güclü çıxa bilmədi (YENİLƏNDİ)
Rusiya çempionatının 6-cı turu çərçivəsində Şahin Diniyevin çalışdığı Terek öz meydançasında Dinamo ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, Ahmed Kadırov adına Qroznı stadionunda keçirilən görüş saat 15:00-da başlanıb.
Terek – Dinamo 1:1
D. Dombarov, 60; Lahiyalov, 90+6 (1:1)
İkinci hissədə Dmitri Kombarovla hesabı açan qonaqlar üstünlüklərini qoruya bilməyiblər. 96-cı dəqiqədə təyin olunan 11 metrlik cərimə zərbəsini vaxtilə U-18 yığmasının formasını geyinən, Terekin kapitanı Şamil Lahiyalov dəqiq yerinə yetirib. Aleksandr Səmədov (Dinamo) 90 dəqiqə meydançada olub və 95-ci dəqiqədə sarı vərəqə alıb.
