18 aprel 2010 15:35
Niyə bu futbolçu Azərbaycanın şərəfini qorumasın? (FOTO)
Əvəzedici komandaların Rusiya çempionatının 6-cı turunda Spartakı qəbul edən Saturn rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Azerisport.az xəbər verir ki, qollardan birinə 44-cü dəqiqədə həmyerlimiz Emin Mahmudov imza atıb. Zədədən sonra ilk görüşünü keçirən Emin inamlı çıxışı ilə yadda qalıb. Onun bu gün əsas komandaların oyununda da “18-liy”ə düşəcəyi gözlənilir.
