18 aprel 2010 22:00
Çxadadzedən hər kəsə hörmətsizlik
İnterin baş məşqçisi Kaxaber Çxadadze Neftçi ilə oyundan (0:1) sonra mətbuat konfransında yalnız bir cümlə işlədib: “Neftçini və bizim məğlubiyyətimizi gözləyənləri təbrik edirəm”. Azerisport.az xəbər verir ki, bu sözlərdən sonra gürcüstanlı mütəxəssis jurnalistlərə və rəqibə hörmətsizlik edərək, konfrans zalını tərk edib.
