18 aprel 2010 22:08
"İnterə nə qədər uduzmaq olar?"
Neftçinin baş məşqçi əvəzi Arif Əsədov nəhayət, İnter üzərində bu mövsüm ilk qələbədən sonra rahat nəfəs alıb. Azerisport.az xəbər verir ki, gənc mütəxəssis oyunsonrası fikirlərində də bunu dilə gətirib: “İnterə nə qədər uduzmaq olar? Nəhayət, bu sindromu qıra bildik. Oyundan razıyam. Çxadadzenin hərəkətinə gəlincə, deyə bilərəm ki, bu onun səviyyəsidir”.
