18 aprel 2010 22:15
Ponomaryov 8 dəqiqə oynadı, Kovalyov - 90
Türkiyə Bank Asya 1-ci liqasında mübarizə aparan həmyerlilərimiz – Anatoli Ponomaryov və Vitali Kovalyovun komandaları fərqli nəticə qazanıb. Azerisport.az xəbər verir ki, Orduspor evdə Hacəttəpə ilə heç-heçə oynayıb. Anatoli 82-ci dəqiqədə komanda yoldaşını əvəzləyib.
Vitali Kovalyovun 90 dəqiqə qapını qoruduğu görüşdə isə Kartalspor Bolusporu 2:1 hesabı ilə məğlub edib.
