18 aprel 2010 22:24
Erediviziya. Vaqif Cavadovun çempionluğu son tura qaldı
Bu gün Hollandiya çempionatında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Vaqif Cavadovun çıxış etdiyi Tvente öz meydançasında Feyenoorda 2:0 hesabı ilə qalib gəlib. Amma Stiv Maklarenin yetirmələri çempionluğu son tura qədər təxirə salmalı olublar. Çünki paralel keçən görüşdə Ayaks da Heraklesi məğlub edib – 4:0.
Erediviziyanı isə Vaalveyk və Villem II-dən sonra Spartanın tərk edəcəyi məlum olub.
Erediviziya, 33-cü tur
Ayaks – Herakles 4:0
Tvente – Feyenoord 2:0
PSV – Qroningen 3:1
Villem II – Alkmaar 0:3
Venloo – Niymegen 2:0
Vitess – Roda 2:5
Den Haaq – Vaalveyk 4:0
Herenveen – NAK 0:0
Sparta – Utrext 0:3
Turnir vəziyyəti: Tvente – 83 xal, Ayaks – 82, PSV – 77, Alkmaar – 61, Feyenoord – 57, Herakles – 53, Utrext – 52, Qroningen, NAK – 46, Roda – 44, Herenveen – 37, Niymegen – 33, Venloo – 32, Vitess – 31, Den Haaq – 30, Sparta – 26, Villem II – 23, Vaalveyk – 15.
