18 aprel 2010 12:00
Rusiyadakı azərbaycanlıların saytı arta bilər
ÇSKA Türkiyə yığmasının və Qalatasarayın Azərbaycanəsilli müdafiəçisi Sərvət Çətinə təklif göndərib. Azerisport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “hərbçilər” 29 yaşlı müdafiəçiyə ildə 3 milyon avro ödəməyə hazırdırlar.
Son vaxtlar Qalatasarayda əsas heyətə düşməkdə çətinliklərlə üzləşən Sərvət başqa kluba keçməyin əleyhinə deyil. Transferin yayda baş tutacağı gözlənilir.
