La Liqa. Barselona büdrədi!
Bir həftə ərzində İspaniya çempionatında artıq üçüncü turun oyunları keçirilir. Şənbə günü start götürən 33-cü turda artıq bir sürpriz qeydə alınıb.
Azerisport.az xəbər verir ki, sürpriz Barselonanın xal itirməsi xəbərindən ibarətdir. Xosep Qvardyolanın məğlubedilməz komandası Kataloniya derbisində səfərdə Espanyolun müqavimətini qıra bilməyib. 62-ci dəqiqə Daniel Alveşin qırmızı vərəqə almasında sonra qonaqlar matçı 10 nəfərlə bitiriblər.
Bu heç-heçə ilə Barsa Realla xal fərqini 4-ə qədər artırmağa müvəffəq olsa da, unutmayaq ki, “Kral klubu”nun hələ ehtiyatda bir matçı var. Manuel Pelleqrinin yetirmələri bu gecə “Santyaqo Bernabeu”da turun mərkəzi görüşünə çıxır: Real – Valensiya. “Yarasalar” rəqibi məğıub edəcəkləri təqdirdə ÇL vəzifəsini həll etmiş olacaqlar.
La Liqa, 33-cü tur
Bu gün görüşürlər: Deportivo – Almeriya, Malaqa – Valyadolid, Tenerife - Xetafe, Xeres – Rasinq, Atletik – Saraqosa, Real – Valensiya. Malyorka – Osasuna matçı aprelin 19-da keçiriləcək.
Turnir vəziyyəti: 1. Barselona – 84 (33), 2. Real – 80 (32), 3. Valensiya – 59 (32), 4. Sevilya – 54 (33), 5. Malyorka – 52 (32), 6. Vilyarreal – 49 (33)...
