18 aprel 2010 00:24
İki azərbaycanlı üz-üzə
Bu gün Rusiya premyer liqasında 6-cı turun növbəti oyunları keçiriləcək. Həmyerlimiz Şahin Diniyevin çalışdığı Terek öz meydançasında Aleksandr Səmədovun çıxış etdiyi Dinamo ilə qarşılaşacaq. Digər soydaşımız – Emin Mahmudovun formasını geydiyi Saturn isə Spartakı qəbul edəcək.
Terek – Dinamo matçı Bakı vaxtı ilə saat 15:00-da, Saturn – Spartak görüşü isə 17:15-də başlanacaq.
