18 aprel 2010 00:32
Foqtsla görüş ərəfəsində Ponomaryovun son sınağı
Bu gün Türkiyə Bank Asya 1-ci liqasında 31-ci turun görüşləri keçiriləcək. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin çıxış etdiyi Kartalspor və Orduspor evdə oynayacaqlar.
Vitali Kovalyovun Kartalsporu Hacəttəpəni, Anatoli Ponomaryovun komandası – Orduspor isə Bolusporu qəbul edəcək. Qeyd edək ki, məhz bu oyundan sonra Anatoli aprelin 19-dan 22-ə qədər Bakıda keçiriləcək seleksiya toplanışında iştirak etmək üçün vətənə gələcək.
