18 aprel 2010 00:45
Vaqif Cavadov bu gün Hollandiya çempionu ola bilər
Bu gün Hollandiya çempionatında 33-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, eyni vaxtda başlanacaq görüşlərdə Tvente Feyenoordu, Ayaks isə Heraklesi qəbul edəcək. Enshede klubunun qələbə qazanacağı, Ayaksın isə mığlub olacağı təqdirdə Vaqif Cavadov bir oyun belə keçirmədən Hollandiya çempionu adını qazanacaq. Bu komandaları son 2 tur qalmış yalnız 1 xal ayırır.
Matçlar Bakı vaxtı ilə saat 17:30-da başlanır.
