18 aprel 2010 00:56

İngiltərə. İki derbi vəziyyəti qarışdırdı

İngiltərə Premyer Liqası yavaş-yavaş sona yaxınlaşır. Azerisport.az xəbər verir ki, bu gün keçirilən iki derbidə alınan nəticələrdən sonra çempionluq uğrunda mübarizə bir qədər qızışıb.

Bu tura qədər Mançester Yunayteddən 4 xal öndə olan Çelsi London derbisində Tottenhemə məğlub olmaqla, bu fərqi itirib. İnamla ÇL-ə doğru irəlilərən Harri Rednappın komandası “Uayt Hart Leyn”də 90 dəqiqə boyunca Çelsiyə heç bir şans verməyib; 15-ci dəqiqədə Defo paneltidən, 44-cü dəqiqədə isə Beyl oyundan fərqlənib. Lempardın 90-cı dəqiqədə vurduğu qol isə Karlo Ançelotti və onun komandasına heç nə verməyib.

Mançester derbisindən isə “Yunayted” qalib çıxıb. Uzun müddət tablodakı sıfırlar dəyişməsə də, son saniyələrdə səhnəyə Pol Skoulz çıxıb və vacib qollar MY-ni Çelsiyə bir qədər yaxınlaşdırıb. İndi bu komandaları cəmi 1 xal ayırır. Qarşıda isə hələ 3 tur var.

Arsenalda çempionluq mübarizəsinə rəng qata bilər. Bunun üçün “topçular” bu gün mütləq səfərdə Uiqana qalib gəlməlidirlər.

 

Premyer Liqa, 35-ci tur

Mançester Siti – Mançester Yunayted 0:1
Birmingem – Hall Siti 0:0
Blekbern – Everton 2:3
Fulhem – Vulverhempton 0:0
Stok Siti – Bolton 1:2
Sanderlend – Bernli 2:1
Tottenhem – Çelsi 2:1

 

Bu gün qarşılaşırlar: Uiqan – Arsenal, Portsmut – Aston Villa. Liverpul – Vest Hem görüşü aprelin 19-da keçiriləcək.

 

Turnir vəziyyəti: Çelsi – 77 (35), MY – 76 (35), Arsenal – 71 (34), Tottenhem – 64 (34), M.Siti 62 (34)...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.