Totti azarkeşləri qızışdırdı və üzr istədi (FOTO, VİDEO)
Roma derbisi yenə də qalmaqalsız ötüşməyib. Azerisport.az xəbər ki, bu dəfə söz-söhbətlərə Romanın kapitanı Françesko Tottinin jesti səbəb olub. Latsio azarkeşləri əsəbləşdirən o olub ki, Totti oyundan sonra üzün onlara tutaraq baş barmaqlarını aşağı salıb.
“Əgər bu hərəkətimlə kiminsə xətrinə dəydimsə, üzrə istəyirəm. Emosiyalarımı cilovlaya bilmədim. Əslində, bu jest Roberto Baronioya (Latsionun futbolçusu – azerisport.az) yönəlmişdi. Çünki o da birinci hissədən sonra, hesab 1:0 onların xeyrinə olarkən, bizə qarşı belə jest etmiş və demişdi: “Sizin üçün çempionat bitdi” – deyə “Footbal Italia” nəşrinə müsahibəsində Totti deyib.
Onu da qeyd edəki ki, həmiş olduğu kimi bu dəfə də derbi vaxt və oyundan sonra azarkeşlər arasında dava düşüb. Bu görüntüləri izləmək üçün linkə tıklayın.
