19 aprel 2010 15:55

Azərbaycanlı futbolçunun vətəndaşlığına xüsusi komissiya qərar verəcək

Rusiyada Lokomotivin azərbaycanəsilli futbolçusu Aleksandr Əliyevin ətrafında mübahisələr davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna vətəndaşlığını daşıyan, lakin “dəmiryolçular”ın etirazından sonra Rusiya vətəndaşı kimi adı iştirak ərizəsinə salınan Aleksandr Əliyev barədə son qərar Rusiya Futbol Premyer Liqası (RFPL) və Rusiya Futbol İttifaqının (RFİ) yaratdığı birgə komissiya verəcək.

Məsələnin bu dərəcədə “şişməsinin” əsas səbəbi Ukraynada ikili vətəndaşlığın konstitusiya tərəfindən dəstəklənməməsi və Əliyevin Rusiya pasportu almaq üçün Ukrayna pasportundan imtina etməsinin vacibliyidir. Bu halda, futbolçu Ukrayna yığmasının şərəfini qorumaqdan da məhrum ediləcək.

Lokomotiv isə Aleksandrın Rusiya ərazisində, konkret olaraq, Xabarovskda doğulmasını əsas götürərək, futbolçunun çempionatın iştirak ərizəsinə yerli kimi salınmasına çalışır. Klub bu məqsədlə RFPL-ə onun pasportunun surətini də təqdim edib

“Odun üstünə yağı” yarımmüdafiəçinin özü töküb. Elə bu gün “Seqondya Sport” nəşrinə müsahibəsində Əliyev Rusiya pasportunun olduğunu bilmədiyini deyib: “Lokomotivdə deyirlər ki, məndə RF pasportu var? Düzü, mən heç onu görməmişəm. Əgər bu pasport mənim Ukrayna yığmasında oynamağıma mane olarsa, ondan imtina edəcəyəm”.

Ruslar məsələyə birgə komissiyanın aydınlıq gətirəcəyini deyirlər. Amma necə? RPFL və RFİ-nin yaratdığı birgə komissiya bir insanın vətəndaşlığına necə aydınlıq gətirə bilər?

Bütün bunlar rus xalqının və Rusiya hökumətinin heç ölmək bilməyən “böyük qardaşlıq” hisslərinin qalıqlarıdır. Rusiya mətbuatı postsovet məkanı ölkələrindən olan futbolçu və məşqçilərə də “bizimkilər” deyə müraciət edir. Axı Şahin Diniyevin ölkənin ən böyük və qədim mətbu orqanlarından birindən rusiyalı kimi göstərilməsini unutmamışıq...

Bütün bu mübahisələrin sonunda, Aleksandr Əliyevin yerli futbolçu hesab ediləcəyi və Ukrayna yığmasının şərəfini qorumağa davam edəcəyi təqdirdə, digər həmyerlimiz – Aleksandr Əliyevin Azərbaycan yığması perspektivləri daha real görünəcək. Çünki qanun hamı üçün qanundur. Müvafiq olaraq, istisnalar da hamı üçündür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.