19 aprel 2010 19:51
Anji Mahir Şükürovsuz məğlub oldu (YENİLƏNDİ)
Bu gün Rusiya Premyer Liqasının 6-cı turunun son oyunu keçirilir. Azerisport.az xəbər verir ki, Mahir Şükürovun çıxış etdiyi Anji öz meydançasında Rostovu qəbul edir. Saat 18:00-da başlanan qarşılaşmada həmyerlimiz start heyətində yer alıb.
Anji - Rostov 1:2
Çoraev, 50 (1:0), Adamov, 61 (1:1); Kalaçov, 86 (1:2).
İkinci hissənin əvvəllərində hesabı açan Mahir Şükürovun komandası təəssüflər olsun ki, üstünlüyünü qoruya bilmədi. Həmyerlimiz oyunboyu fəal göründü, ikinci hissədə iki dəfə qapıya zərbə endirdi, lakin hər iki halda top qapıdan aralı keçdi. 78-ci dəqiqədə Mamaevlə əvəzlənən Mahirin meydançadan çıxması Anji üçün uğurlu olmadı. Məhz 86-cı dəqiqədə vurula qol Rostova qələbə, Anjidə növbəti dəfə baş məşqçi kimi debüt edən Hacı Hacıyevə isə təəssüf gətirdi.
