19 aprel 2010 22:20
Azərbaycan həmişəki yerində qərarlaşdı
U-19 yığmaları arasında AÇ-nin seçmə mərhələsinin elit raundu başa çatdı. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının İspaniyaya 0:4 hesabı ilə məğlub olduğu görüşlə paralel keçən Türkiyə - Norveç qarşılaşmasında meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Bu nəticələrdən sonra İspaniya 7 xalla birinci oldu və Fransada düzənlənəcək AÇ-yə vəsiqə qazandı. Azərbaycan isə 1 xalla sonuncu yeri tutdu.
