19 aprel 2010 22:25
Nə Araz Abdullayev, nə də azarkeşlər (FOTO)
Azərbaycan U-19 yığması Berti Foqtsun rəhbərlik etdiyi daha təcrübəli və yaşlı həmkarlarının yolunu getdi. Azerisport.az xəbər verir ki, bu, Azərbaycanla İspaniya yığmaları arasında son 1 ildə baş tutan ikinci görüş oldu. Ümumi hesab 0:2, topların fərqi isə 0:10-dur. Bu gün də komandamızı nə Evertondan tutmuş Tventeyə qədər məşhur klubların hədəfində olduğu deyilən Araz Abdullayev, nə də Əskişəhir Anadolu Universitetinin stadionuna toplaşan azsaylı azərbaycanlı azarkeşlər xilas etdilər.
