19 aprel 2010 00:08
Hansı məşqçi proqnoz ustası olduğunu göstərdi?
Standardın çalışdırıcı Olimpik-Şüvəlana məğlubiyyəti (0:1) futbolçuların arxayınçılığı ilə əlaqələndirib. Azerisport.az xəbər verir ki, Böyükağa Hacıyev görüşün gedişini əvvəlcədən proqnozlaşdırırmış: “Bu oyunda ilk qolu vuran qələbə qazancaqdı. Bu xoşbəxtlik də Olimpik-Şüvəlana nəsib oldu. Məğlubiyyətimizin əsas səbəblərindən biri oyunçularımızda olan arxayınçılıq idi. Komandadan narazı qaldım"
