19 aprel 2010 00:11

Əzəli rəqibdən hədiyyə və turun iki əlamətdar hadisəsi

“Unibank” Premyer Liqası finiş xəttinə yeni liderlə girdi. Və bu lideri “zirvə”dən salmaq çox çətin olacaq.

Azerisport.az xəbər verir ki, futbol qəribəliklərlə doludur. Məsələn, Xəzər Lənkəranın Azərbaycan çempion olmasını bəlkə də ən az istəyən insanlar Neftçi azarkeşləridir. Amma  vəziyyət elə gətirdi ki, məhz Neftçi bəlkə də bu gün XL-in çempionluğa yolunu açdı. “Ağ-qaralar”ın İnter üzərində qələbəsindən sonra bir gün əvvəl liderlik kürsüsünə əyləşən lənkəranlılar çətin ki, bir də bu kürsünü əldən versin. Çempionatın sonuna hələ 4 oyun olsa da, Ağasəlim Mircavadovun komandaları həmişə məhz həlledici anlarda soyuqqanlılıq göstərmələri ilə seçiliblər. Bu mənada gələn turda Lənkəranda baş tutacaq XL – İnter matçı taleyüklü olacaq. Xatırladaq: Mircavadovun diskvlafikisiyası artıq başa çatıb və o, yetirmələrini texniki zonadan idarə edə biləcək.

Bununla belə, əzəli rəqibə “hədiyyə” bir yana dursun, Neftçi bu qələbə ilə çox vacib 3 xal əldə etdi. Növbəti uğursuzluq komandanın üstündən xətt çəkilməsi ilə nəticələnə bilərdi və Cavid Hüseynov buna imkan vermədi. Məhz İnterdən transfer olunan futbolçunun gözəl qolu və bu qolun “bankirlər”i çətin vəziyyətə salması  bəlkə də Kaxaber Çxadadzeni belə özündən çıxardı. Lakin oyunsonrası mətbuat konfransında əsəblərini cilovalaya bilməyən gürcüstanlı mütəxəssis unutmasın ki, İnter çempionluğu əldən buraxsa, günahkar məhz o özü olacaq. Hər halda, Çxadadze artıq bir neçə turdur komandanı izləyən uğursuzluq zolağından çıxmağın yollarını tapa bilmir.

İkinci “altılıq”da da iki əlamətdar hadisə yaşandı. Daha doğrusu, onlardan biri yaşandı, digəri yox. Birinci hadisə odur ki, OŞ Sumqayıtda Standarda qalib gəlməklə Simurqu 7-ci yerdən sıxışdırdı və mövsümün əvvəlində medallar uğrunda mübarizə aparan Zaqatala klubu bu mövsüm ilk dəfə olaraq, 8-ci pilləyə düşdü. İkinci hadisə isə Karvanın daha bir tur premyer liqanın təmiz havasını udmaq imkanı əldə etməsi ilə ələqadardır. Muğanın evdə Turana qalib gələ bilməməsi yevlaxlıların I birinci diviziona düşməsini ən azı bir turluq təxirə saldı. Deyəsən, bu təxirəsalma elə cəmi 1 turla da kifayətlənəcək.

 

“Unibank” Premyer Liqası, 28-ci tur

Neftçi – İnter 1:0
C. Hüseynov, 8
 
Standard – OŞ 0:1
İbekoi, 54
 
Muğan – Turan 0:0

 

Turnir vəziyyəti

İlk "altılıq": XL – 25 xal, İnter – 24, Bakı – 23, Qarabağ, Neftçi – 19, Qəbələ - 15.

İkinci "altılıq": OŞ - 28, Simurq – 27, Turan – 24, Muğan – 21, Standard – 18, Karvan – 10.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.