19 aprel 2010 00:20
Arazın ÇL-də iştirakı sual altındadır
UEFA futzal üzrə Çempionlar Liqasının “Dördlər finalı”nı təxirə sala bilər. Azerisport.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, İslandiyada vulkan püskürməsindən sonra aviareyslərin təxirə salınması Azərbaycan təmsilçisi Arazın və oyunların UEFA nümayəndələrinin Portuqaliyaya vaxtından gəlib çıxmasına çətinlik yarada bilər. Buna görə də “Dördlər finalı”nın başqa vaxta keçirilməsi mümkündür.
Xatırladaq ki, Portuqaliyada baş tutacaq turnir aprelin 23-25-i aralığında keçirilməlidir.
