19 aprel 2010 12:00
Rəşad Sadiqov mövsümün sonuna kimi sıradan çıxdı
Qarabağın yarımmüdafiəçisi Rəşad Sadiqov üçün mövsüm bitdi. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Bakıyla qarşılaşmada rəqiblətoqquşma nəticəsindəzədələnərək əvəzlənən 26 yaşlı futbolçu ən azı yarım ay istirahət edəcək. Qarabağın fizioterapevti Oktay Gürsoyun verdiyi məlumata görəSadiqovun sol dizinin yan bağlarında qırıq var. Beləolan halda Sadiqov ən azı 4-5 həftəmüalicəolunmalıdır.
