19 aprel 2010 12:22
İki Qarabağlının əvəzinə, bir Neftçi
Qarabağın futbolçuları Rəşad Sadiqov və Vüqar Nadirov zədəli olmaları üzündən Azərbaycan milli komandasının aprelin 19-dan 22-dək davam edəcək seleksiya xarakterli təlim-məşq toplanışında iştirak etməyəcəklər. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, baş məşqçi Berti Foqts onların əvəzinə toplanışa Neftçidən Ruslan Əmircanovu cəlb edib.
