19 aprel 2010 00:32
Mahir Şükürov Rostova qarşı yeni baş məşqçi ilə çıxacaq
Bu gün Rusiya Premyer Liqasında 6-cı turun son oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, evdə Rostovla qarşılaşacaq Anjini bu görüşə Hacı Hacıyev çıxaracaq. Klubun rəsmi saytının yazdığına görə, Hacıyevin təyinatı artıq rəsmiləşib və onunla birgə Mahaçqalaya yeni məşqçi korpusu gəlib.
Anji – Rostov görüşü Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
