19 aprel 2010 12:36
Neftçi Bakını da məğlub etməyə hazırlaşır
"Unibank" Premyer Liqasının 29-cu turunda Bakının qonağı olacaq Neftçi oyunun hazırlığına bu gün başlayır. Azerisport.az-a klubun mətbuat xidmətindən məlumat verdilər ki, komandanın məşqində ötən tur İnterlə matçda iştirak etməyən futbolçular yer alacaq. Onlar bazada keçiriləcək hazırlıq prosesində yüngül məşqlə kifayətlənəcəklər. Komandanın İnter üzərində 1:0 hesablı qələbəsində pay sahibi olmuş digər oyunçular isə bərpa prosesi keçəcəklər. Qeyd edək ki, Bakı ilə görüş aprelin 23-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
