Türkcell Superliqa. Beşiktaşsız
Türkiyədə çempionluğa namizədlərin sırası bir qədər qısaldı. Hesabat turu Beşiktaşı qızıl medullar uğrunda mübarizədən kənarda qoydu.
Azerisport.az xəbər verir ki, “Qara Qartal”ın taleyini daha bir İstanbul derbisi həll etdi. “Şükrü Saracoğlu” stadionunda baş tutan FƏnərbaxşa – Beşiktaş görüşündə Kristof Daum sabiq klubuna qalib gəldi, Mustafa Dənizli isə sabiq komandasına məğlub oldu. Derbinin taleyini 2-ci dəqiqədə Aleksin vurduğu qol həll etdi.
Bursaspor və Qalatasaray da öz növbələrində qələbə qazanmaqla mübarizəni davam etdirdilər. Çempionatın başa çatmasına 4 tur qalmış yalnız 3 namizəd sağ-salamatdır. Bu siyahıda Fənərbaxçanın şansları daha yüksək qiymətləndirilir. Daum daha bir qəhrəmanlığa imza ata biləcəkmi?
Türkcell Superliqa, 30-cu tur
Trabzonspor – Kasımpaşa görüşü bu axşam keçiriləcək.
Turnir vəziyyəti: Bursaspor – 65, Fənərbaxça – 64, Qalatasaray – 60, Beşiktaş – 57, Trabzonspor – 50 (29), Kayserispor – 50, İstanbul BŞB – 49, Əskişəhirspor – 48, Gənclərbirliyi – 43, Qaziantepspor – 38, Antalyaspor – 37, Kasımpaşa – 36 (29), Ankaragücü – 36, Manisaspor, Sivasspor – 30, Diyarbəkirspor – 24, Denizlispor – 21, Ankaraspor – 0.
