20 aprel 2010 14:15
Neftçinin yeni rəsmi saytı fəaliyyətə başladı
Neftçi Peşəkar Futbol Klubunun rəsmi saytı – www.neftchifc.com fəaliyyətə başlayıb. Bu barədə azerisport.az-an klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən xəbər verilib: “Sayt bir ay ərzində test rejimində işləyəcək. Həmin vaxt saytla bağlı bütün tamamlama işləri görüləcək. Hazırda sayt Azərbaycan dilində fəaliyyət göstərir, gələcəkdə saytın rus və ingilis dili variantları da işə salınacaq”.
