20 aprel 2010 14:56
Lənkəranda iki itki
Ardıcıl iki səfər oyunu keçirən Xəzər Lənkəran yenidən Lənkərana dönüb və qarşıdakı İnter matçının hazırlığına başlayıb.
Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, komanda bugün və sabah Lənkəran stadionunda səhər və axşam məşqlərinə çıxacaq. Məşqçilər korpusunun yeganə ciddi problemi Junior Osvaldonun zədə ilə əlaqdar hazırlıq prosesinə qatıla bilməməsindədir. Bundan əlavə, moldovalı Denis Kalinkov da tam gücüylə məşq edə bilmir.
