20 aprel 2010 15:12
Ponomaryov Ordusporda qalacaq
Türkiyə Bank Asiya 1-ci liqasında mübarizə aparan Orduspor yeni mövsümdə qarşısına Superliqaya vəsiqə qazanmaq məqsədi qoyacaq. Azerisport.az xəbər verir ki, klub prezidenti Nədim Türkmən yeni mövsüm ərəfəsində 3-4 transfer edəcəklərini, indiki heyəti isə tamamilə saxlayacaqlarını bildirib. Azərbaycan yığmasına namizəd sayılan Anatoli Ponomaryovun da Ordusporda çıxışlarını davam etdirəcəyi dəqiqdir.
