20 aprel 2010 17:45

İdman yalnız futbol demək deyil!

Futbol nəinki Azərbaycanda, ümumiyyətlə, bütün dünyada ən çox baxılan, ən çox sevilən və ən bahalı idman növüdür. Amma nə qədər qəribə səslənsə də, futbolun bu qədər populyarlaşmasında əsasən kiçik və kasıb ölkələrin payı var. Məsələn, ABŞ-da əhalinin əksəriyyəti basketbol, buzüstü hokkey, beysbol və Amerika futboluna üstünlük verir.
 
Azerisport.az xəbər verir ki, Şimal ölkələrində futbol nüfuzuna görə heç də həmişə birinci yeri tutmur. Heç Kanadanın yığma komandası barədə bir şey eşitmisinizmi? Hansısa məşhur kanadalı futbolçunun adını düşünmədən və statistikaya baxmadan çəkə bilərsinizmi? Futbolun inkişaf etməsi üçün demək olar ki, hər cür şəraiti olan bu ölkə hokkey dəlisidir. Təsadüfi deyil ki, Milli Hokkey Liqasında (MHL) Kanadanın cəmi 6-7 komandası olsa da, burada 500-ə yaxın (!) kanadalı hokkeyçi çıxış edir.
 
ABŞ-da insanları Milli Basketbol Assosiasiyasının (MBA), Milli Futbol Liqasının (bu, Amerika futbolu üzrə ABŞ çempionatıdır) və Milli Beysbol Liqasının görüşləri daha çox maraqlandırır. Çətin ki, bu sətirləri oxuyanlardan kimsə heç olmasa bir beysbol və ya Amerika futbolu matçını əvvəldən-axıra izləsin. Bu da okeanın o tayı ilə bu tayının fərqi.
 
İndi oxuduğunuz yazının seqmenti Şimali Amerika ilə Avropanı müqayisə etmək yox, dünyanın haçalanmış idman maraqlarını əhatə etməkdir. Azerisport.az-ın sorğusu göstərdi ki, Azərbaycanda insanlar elə həmin hokkey, peşəkar boks, Formula-1, basketbol kimi nüfuzlu və elitar idman növlərindən çox güləşə maraq göstərirlər. Burada da təbii ki, əhalinin illərdən bəri formalaşan dünyagörüşünün, adət-ənənələrinin təsiri var.
 
İctimai Televiziyanın bu yaxınlarda başa çatan Vankuver Olimpiadasını efirə gətirməsi nə qədər təqdirəlayiq idisə, ölkənin idman auditoriyasının əhatə etməyə borclu olan “İdman Azərbaycan”ın Olimpiadadan kənar gəzməyə çalışması bir o qədər təəssüf doğurdu. Aydındır ki, təbii şəraiti üzündən Azərbaycan qış idman növlərinin yüksək inkişaf etdiyi ölkə ola bilməz, amma 70 il SSRİ-nin tərkibində sürülən həyat tərzi biatlon, hokkey, fiqurlu konkisürmə kimi idman növlərinə azərbaycanlıların da maraqla baxmasına şərait yaratmışdı. Həqiqət mübahisədə öyrənilir və bu sətirlərin müəllifi özü dəfələrlə Vankuver Olimpiadası zamanı İspaniya, İtaliya və ya İngiltərə futbol çempionatlarının oyunlarını hansısa ABŞ – İsveçrə hokkey matçına dəyişirdi. Şərt hokkeyin futboldan daha maraqlı olmasında deyil. Məsələ auditoriyanın əhatə olunmasındadır. Hərçənd, hokkeyi yaxından təqib etməyən şərhçilərin bəzən texniki səhvlər buraxması, oyunçuları tanımaması, oyun qaydalarını dərindən bilməməsi adamın əsəblərinə toxunurdu.
 
Dünyanın ən çox izlənilən idman yarışları – MBA, MHL və ya Formula-1 yarışları nədən Azərbaycana yayımlanmır? Yəni doğrudanmı İspaniya çempionatının Malaqa – Xeres görüşü Los-Anceles Leykers – Klivlend Kavaliers matçından daha maraqlıdır? Bəlkə Kobi Brayantla Lebron Ceyms insanlarda daha az maraq doğurur? Yaxud bəlkə Luis Hamiltonun Formula-1 yollarında qələbələri, uşaqdan-böyüyə hamının tanıdığı Mihael Şumaherin böyük idmana qayıtması “İdman Azərbaycan”da yayımlanan “Ən güclü” verilişindən daha az reytinqlidir?
 
İdman insanların sağlam həyat tərzinin formalaşmasında nə qədər əhəmiyyəli rola malikdirsə, uşaqların, gənclərin dünyagörüşünün artmasında, şüur və təfəkkürünün dünya çapında formalaşması üçün bir o qədər önəmlidir.
 
Hansı idman növünə baxmaq hər bir azarkeşin öz şəxsi işidir. Necə deyərlər, zövq mübahisəyəgəlməz anlayışdır. Amma inanın ki, idman tək futbol və ya güləşlə, taekvondo və ya ağır atletika ilə yekunlaşmır. Dünya idmanı Sergey Bubka və Yelena İsinbaeva (şüvüllə hündürlüyə tullanma), Tayger Vuds (qolf) və Maykl Conson (qaçış), Mario Lemye (hokkey) və Duayt Hovard (basketbol), Pit Sapmras (tennis) və Ule-Oynar Byorndalen (biatlon), Valentino Rossi (motosikl) və Nikolay Avilov (onnövçülük) kimi əfsanəvi idmançılar görüb və görür.  Amma çətin ki, bu adlar indi yaşı 20-i keçməyən hansısa azərbaycanlı gəncə və ya uşağa tanış olsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.