Mahmud Qurbanov 11-ci dəfə çempion olmaq istəyir
Bakının veteran futbolçusu Mahmud Qurbanov 11-ci dəfə çempion olmaq istəyir. Azerisport.az xəbər verir ki, 38 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında komandasının çempionluğa real namizəd olduğunu bildirib: “Son oyunlarda komandamız çox gözəl təsir bağışlayır. Xəzər Lənkəran və Qarabağ üzərində qazandığımız qələbələr də buna bariz nümunədir. 2 ay əvvəllə müqayisədə komandamız çox yaxşı təsir bağışlayır. İndi Bakı daha iddialıdır. Ümid sonda ölür. Təxminən 2-3 ay əvvəl Bakının çempion olacağına inananlar çox az idi. Amma hazırda bizi zirvədən cəmi iki xal ayırır. Heç vaxt ümidimi itirməmişəm. Bugünkü gündə də qızıl medalları qazanmaq üçün ən şanslı komanda məhz Bakıdır. Hər şey öz əlimizdədir. Qarşıdakı oyunları maksimum nəticə ilə başa vursaq, titulumuzu qoruyacağıq!”
