20 aprel 2010 00:23
Derbiyə hazırlıq başlandı
"Unibank" Premyer Liqasının 29-cu turu çərçivəsində öz meydanında Neftçini qəbul edəcək Bakı qarşıdakı matçın hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, milli komandanın düşərgəsində olan Saşa Yunisoğlu, Elvin Əliyev və Aqil Məmmədov aprelin 22-dək məşqlərdə iştirak etməyəcəklər. Komandanın bugünkü məşqi saat 16:00-da klubun bazasında start götürəcək.
