20 aprel 2010 00:45

Rusiya. Anji 4-cü yerə qalxmaq şansını əldən buraxdı

Dünən Rusiya Premyer Liqasında 6-cı tura yekun vuruldu. Azərbaycanlı futbol azarkeşlərinin yaxından izlədiyi çempionatında mübarizə yeni-yeni qızışır, buna görə də hələ komandaların qərarlaşdığı pillələr hər hansı qəti fikir yürütmək üçün kifayət deyil.
 
Amma azerisport.az xəbər verir ki, Spartak-Nalçik yaxşı mənada təəccübləndirməkdə davam edir. Yuri Kranojanın hesabat turunda da qələbə qazandı və inamla 1-ci pillədə qərarlaşıb. Əlbəttə, komandanın sona qədər bu sürətə davam gətirəcəyi inandırıcı deyil, amma onu da qeyd etmək yerinə düşər ki, nalçiklilər 14 xalın hamısını, belə demək mümkünsə, ortabab və zəif hesab olunan kollektivlərdən alıb. Bu da çempionatın sonuna yaxın, Premyer Liqada qalmaq uğrunda mübarizədə “ağ-qırmızılar”a çox kömək olacaq.
 
Həmyerlilərimizə gəlincə, onu deyə bilərik ki, hesabat turu Rusiyada oynayan və işləyən azərbaycanlılar üçün uğurlu olmadı. Diqqət yetirin, Anji (Mahir Şükürov) məğlub oldu, Terek (Şahin Diniyev), Saturn (Emin Mahmudov), Dinamo (Aleksandr Səmədov) və Lokomotiv (Aleksandr Əliyev) isə oyunlarını heç-heçə ilə başa vurdular. Mahmud bu tur meydançaya çıxmadı, Şükürov 78, Səmədovla Əliyev isə 90 dəqiqə mübarizə apardılar. Üst-üstə 5 matç, 258 dəqiqə mübarizə, 4 heç-heçə və 1 məğlubiyyət.
 
Soydaşlarımız komandaları arasında ən yuxarıda Terek qərarlaşıb – 8-ci pillə. Lokomotiv, Anji və Dinamo yanaşıdırlar: 10, 11 və 12-ci yerlər. Ən zəif bənd isə hələ ki, Saturndur – 14-cü yer.
 
Yeri gəlmişkən, bazar ertəsi öz meydançasında Rostova məğlub olan, Anji qələbə sayəsində 4-cü 5-ci pilləyə qalxa bilərdi.

  

Premyer Liqa, 6-cı tur

Anji – Rostov 1:2
Terek – Dinamo 1:1
Saturn – Spartak 0:0
Spartak-Nalçik – Krılya Sovetov 1:0
Tom – Zenit 0:0
ÇSKA – Lokomotiv 1:1
Amkar – Rubin 0:1
Alaniya – Sibir 2:1

 

Turnir vəziyyəti:Spartak-Nalçik – 14 xal, Rubin – 12, ÇSKA, Zenit – 11 (5), Rostov – 10, Spartak, Tom, Terek – 9, Amkar, Lokomotiv, Anji – 7, Dinamo – 6, Alaniya – 5, Saturn – 4, Kr. Sovetov – 3, Sibir – 1.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.