21 aprel 2010 13:18

Rusiya ilə Azərbaycanın əsas fərqi

Anjinin və Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov azerisport.az-ın müxbiri ilə söhbətdə Rostova məğlubiyyətdən (1:2), oyunboyu istifadə etmədiyi qol imkanlarından, Rusiya Premyer Liqası ilə Azərbaycan çempionatının fərqindən və Mahaçqalada baş verən partlayışlardan danışıb.
 
“Evdə uduzmaq çox məyusedicidir. Biz azarkeşləri qələbə ilə sevindirmək istəyirdik. Deyə bilərəm ki, birinci hissənin zəif keçirdik, fasilədən sonra isə yaxşı oynadıq. Amma çoxsaylı hücumlar təşkil etsək də, cəmi bir dəfə fərqləndik. Sən vurmasan, sənə vurarlar. Rostovla eyni midqarda – 7 xalımız var idi. Məğlub olub onları irəli buraxdıq”.
 
“Bir epizodda qola yaxın idim. Küncə düşmək lazım idi, amma alınmadı. Məncə, top qapının küncünə getsəydi, qol olacaqdı. Əvəzlənməyin nə ilə bağlıdır, bilmirəm. Qərarı məşqçi verir. Mən çıxandan sonra Rostov qol vurdu? Bəli, ötürməni mənim cinahımdan etdilər, lakin futbolda belə şeylər olur”.
 
“Azərbaycanla Rusiyanın əsas fərqi ondadır ki, burada daha çox güc sərf etməli olursan. Fiziki cəhətdən tam yüksək səviyyədə hazır olmalısan. Əks halda, çətindir. Rusiyada atletik futbola üstünlük verirlər”.
 
“Mahaçqaladakı partlayışlar? Heç kim bundan sığortalanmayıb. Amma bu yolu seçmişiksə, axıra qədər getməliyik. Heç kəs bizə şəhərdə gəzməmək tapşırığı verməyb, çünki gəzməyə heç vaxtımız da yoxdur”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.