21 aprel 2010 13:28
Azərbaycan klubuna xüsusi təyyarə verildi
İslandiyada baş verən vulkan püskürməsi nəticəsindəhava nəqliyyatında ortaya çıxan problemlərləəlaqədar futzal üzrəUEFA kubokunun «Dördlər finalı»nda iştirak edəcək Arazın Portuqaliyanın Lissabon şəhərinəyola düşməsindəçətinliklər yaranmışdı. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bununla əlaqədar AFFA iləUEFA arasında aparılan danışıqlar nəticəsindəUEFA tərəfindən Arazın Lissabona yola düşməsi üçün xüsusi təyyarə reysi ayrılıb vətəmsilçimiz bu gün Lissabona yola düşəcək.
