21 aprel 2010 13:42
Aslan Kərimov: Yığmanın toplanışları futbolçuları yorur
Qarabağ uğursuzluqlardan çıxış yolu axtarır. Azerisport.az xəbər verir ki, komandanın kapitanı Aslan Kərimov avrokubok ümidlərinin tükənmədiyini bildirib.
“Qarabağda hər zaman döyüşkənlik, mübarizə ruhu olub. Əlbəttə, “altılıq”da heç də istədiyimiz nəticələri əldə edə bilməməyimiz bizi üzür. Təbii ki, bunun müəyyən səbəbləri var. Və ilk növbədə özümüzdə səhv axtarmalıyıq. Bəzi oyunlarda şans da bizdən üz döndərmişdi. Düzdür, 9 futbolçunun millidə oynaması bizim üçün fəxrdir. Millidə oynamaq hər zaman futbolçuya əlavə stimul verir. Amma istənilən halda, mövsümün sonuna yaxın keçirilən təlim-məşq toplanışları, üstəlik, uzun yollar futbolçuları yorur. Heç bir zaman futbolçular bunu qabartmayıblar. Hər kəs bir-biri üçün meydanda sona kimi vuruşur. Meydandan kənarda da əla kollektivimiz var. Təbii ki, uğursuzluq hamımızı məyus edir. İnanıram ki, birliyimiz sayəsində avrokuboklara vəsiqə qazancağıq. Bunun üçün qalan dörd oyunda qələbə qazanmaq üçün meydana çıxacağıq. Bu komanda avrokuboklarda iki mərhələ keçən komandadır. İnşallah, sonda avrokuboklara vəsiqə qazanacağıq” – deyə klubun rəsmi saytına müsahibəsində bildirib.
