Araz Abdullayev: Rəqiblərimiz çox güclü idi
Azərbaycan yığmasının və Neftçinin futbolçusu Araz Abdullayev klubun rəsmi saytına açıqlamasında bir neçə maraqlı məqam barədə danışıb.
"Bakı ilə oyuna daha həvəslə çıxacağıq, çünki ötən tur qələbə qazanmışıq. Bu oyuna tam hazıram. Əlbəttə, derbidə forma geyinib-geyinməyəcəyim baş məşqçidən asılıdır. İnanıram ki, hazırda komandada hökm sürən yüksək əhval-ruhiyyə Bakı ilə görüşdən sonra da davam edəcək.
(U-19-un seçmə mərhələdə çıxışı barədə): “Rəqiblərimiz çox güclü idi. Bundan başqa, heyətdə itkilər olduğundan, tam gücümüzlə mübarizə apara bilmədik. Nəticədə final mərhələyə yüksələ bilmədik. Öz oyunumdan isə razı qalmadım. Ümumiyyətlə, mən həmişə özümdən narazı qalıram ki, qoy kənardan baxanlar oyunuma qiymət versinlər" – azerisport.az xəbər verir ki, Araz belə deyib.
